MY-nin yeni transferinin kumiri

“Mançester Yunayted”in yeni transferi Antoni sosial şəbəkədə portuqaliyalı hücumçu Kriştiano Ronaldonu kumiri adlandırıb.

Komanda.az xəbər verir ki, Antoni sosial şəbəkə hesabında Ronaldonun fotosunu paylaşaraq, “İdol” yazıb.

22 yaşlı braziliyalı “Arsenal”la debüt oyununda (3:1) ilk qolunu vurub.

Antoni “Mançester Yunayted”ə avqustun sonunda “Ayaks”dan keçib. Hücumçu yeni klubu ilə 2027-ci ilin iyunun sonuna kimi müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button