Braziliyalı futbolçu millidən qovuldu

“Mançester Yunayted”in futbolçusu Antoni məişət zorakılığı iddialarına görə Braziliya yığmasından rəsmən qovulub.

Komanda.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) məlumat yayıb.

Bundan əvvəl məlum olmuşdu ki, Qabriela Kavallini keçmiş sevgilisi Antonini bir ilə yaxındır məruz qaldığı məişət zorakılığında ittiham edib. Futbolçu açıqlamasında bu iddiaları yalan adlandırıb.

Sentyabrın 9-da Braziliya millisi Boliviya ilə 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının ilk seçmə oyununu keçirəcək. Sentyabrın 13-də braziliyalılar Peru millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button