Evindən köçüb, otelə yerləşib – Klubundan ayrılmaq istəyən futbolçu

“Mançester Yunayted”in vingeri Antoni klubdan ayrılmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “Sun Sport” nəşri məlumat yayıb.

25 yaşlı futbolçunun komandadan ayrılmaq istəyi o qədər ciddidir ki, artıq Mançesterdəki lüks yaşayış evindən köçərək, hava limanı yaxınlığındakı otelə yerləşib.

Daha əvvəl Antoninin “Betis”ə qayıtmağa yaxın olduğu bildirilmişdi. Braziliyalı hücumçu ötən mövsümün ikinci yarısını məhz bu klubda icarə əsasında keçirmişdi.

“Betis”in heyətində bütün turnirlərdə 26 oyun keçirən Antoni, 9 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button