
Braziliyalı futbolçu “Mançester Yunayted”də qalmaq istəmir
“Mançester Yunayted”in vingeri Antoni Premyer Liqa klubu ilə yollarını birdəfəlik ayırmaq istəyir.
Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “qırmızı şeytanlar”a qayıtmamaq üçün maaşının əhəmiyyətli hissəsindən keçməyə razıdır.
Antoni illik 9 milyon avronu aşan məvacibindən 30 faizə qədər itki ilə vidalaşmağa hazırdır. Bu qərarın səbəbi braziliyalı oyunçunun “Mançester Yunayted”dəki uğursuz dövrü və “Betis”də keçirdiyi icarə müddətindən sonra klubdan tam şəkildə ayrılmaq istəməsidir.
Antoninin Premyer Liqaya qayıtmaq fikri yoxdur. O, ya La Liqada qalmaq, ya da Avropanın başqa klubuna keçmək niyyətindədir. MY isə Antonini yenidən icarəyə vermək istəmir və onun tam satışına üstünlük verir. “Qırmızı şeytanlar” 2022-ci ildə Antoni üçün ödədikləri 95 milyon avronun heç olmasa, bir hissəsini geri qaytarmağı planlaşdırır.
Bizi Facebook-da izləyin