Ten Haqla Antoni arasında münaqişə yaşanıb?
“Mançester Yunayted”in hücumçusu Antoni İngiltərə Premyer Liqasında “Bornmut”la son matçda (2:2) heyətdən kənarda qalıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçuyla baş məşqçi Erik ten Haq arasında münaqişə yaşandığı iddia olunurdu.
Amma jurnalist Rob Dausonun verdiyi məlumata görə, Antoninin baş məşqçi ilə heç bir mübahisəsi olmayıb. Bununla belə, futbolçunun “Bornmut”la matçda iştirak etməməsinin səbəbi məlum deyil.
Antoni 2022-ci ildə niderlandlı mütəxəssisin ardınca İngiltərəyə gedənə qədər də “Ayaks”da onun rəhbərliyi altında oynamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin