Anton Krivotsyuk: “Əsas məqsədimiz xal itirməməkdi”

“Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, matçdakı ikinci qolun müəllifi olan gənc futbolçu klubun rəsmi saytına açıqlamasında komandasının çempionluq uğrunda mübarizədə əsas məqsədinin xal itirməmək olduğunu deyib:

“Çox maraqlı oyun oldu. Şadam ki, qol vurdum. Fikrimcə, bu qolla komandaya qələbə qazanmaqda köməyim dəydi. Bununla belə, çempionluq uğrunda mübarizə davam edir. Əsas məqsədimiz xal itirməməkdi. Yalnız bundan sonra bizi təqib edən rəqibin oyunu ilə maraqlana bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button