Antirekordun bir addımlığında dayandılar
“Keşlə” Premyer Liqada mövsümün ilk qələbəsini qazanıb. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda 6-cı turda “Sabah”ı 2:0 hesabı ilə məğlub edib.
Komanda.az xəbər verir ki, bu qələbə ilə “Keşlə” antirekordun bir addımlığında dayanıb. Bakı klubunun tarixində Premyer Liqanın startındakı ən gec qələbəsi 7-ci tura təsadüf edib. Bu, 2018/19 mövsümündə qeydə alınıb. Həmin vaxt 6 turda 2 heç-heçə və 4 məğlubiyyəti olan komanda uğursuzluğa 7-ci oyunda son qoyub.
5 matçlıq seriyanı dayandıran “Keşlə” 135 günlük qələbə həsrətinə son qoyub. Qurbanovun yetirmələri sonuncu dəfə ötən mövsüm, mayın 19-da keçirilən son turda “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin