
“Antidopinq qayda pozuntularının sayı artıb” – AMADA
2022-ci ildə antidopinq qayda pozuntularının sayı artıb.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli 22 iyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün “Antidopinq maarifləndirilməsi mövzusunda medianın rolu” mövzusunda təşkil etdikləri tədbirdə məlumat verib.
Hüseynli deyib ki, bunun səbəbi idmançıların yarışlarda iştirakının çoxalması ilə bağlıdır:
“Ona görə də, federasiyalara üzümüzü tutub demək istəyirik ki, onlarla maarifləndirmə işləri aparılsın”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin