“Qarabağ” da heç-heçə ilə başladı
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası bu gün yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın “Qaz Metan” komandası ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.
“Qarabağ” bundan sonra yanvarın 21-də “Şlyonsk Vrotslav” (Polşa), yanvarın 25-də isə “Visla Krakov” (Polşa) klubları ilə yoxlama oyunları keçirəcək. Yanvarın 21-i və 25-də daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın “Batska Topola” və Slovakiyanın “Tatran” klubları ilə üz-üzə gələcək.
Yoxlama oyunu
14 yanvar
Qarabağ – Qaz Metan (Rumıniya) 0:0
“Qarabağ” ilk hissədə bu heyətlə oynayıb: Amin Ramazanov, Marko Veşoviç, Maksim Medvedev, Kevin Medina, Toral Bayramov, Qara Qarayev, Riçard Almeyda, Kadi Borges, Ramil Şeydayev, Abdullah Zubir, İbrahima Vadji.
İkinci hissədə isə bu heyət meydana buraxılıb: Luka Quqeşaşvili, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Abbas Hüseynov, Nihad Quliyev, Zamiq Əliyev, Elvin Cəfərquliyev, Hüseyn Hüseynzadə, İsmayıl İbrahimli, Rauf Hüseynli və Musa Qurbanlı oyuna daxil olublar.
Bizi Facebook-da izləyin