“Qəbələ” Şimali Makedoniya klubuna qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün Antalyadakı hazırlıq çərçivəsində ikinci yoxlama matçına çıxıb.
Komanda.az xəbər verir ki, Elmar Baxşıyevin çalışdırdığı kollektiv bu dəfə Şimali Makedoniya təmsilçisi “Boreç”lə qarşılaşıb.
“Qırmızı-qaralar” bu rəqiblə “İC Santai” Futbol Mərkəzində üz-üzə gəlib. Rəqibin heyətində futbolçu sayı az olduğundan, görüşün hər hissəsi 35 dəqiqədən ibarət olub.
Qarşılaşma “qırmızı-qaralar”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 11-ci dəqiqədə Omar Hani vurub.
Xatırladaq ki, “Qəbələ” qardaş ölkədəki ilk hazırlıq matçında Polşanın “Zaqlembe” komandasına 1:2 hesabıyla məğlub olmuşdu.
Yoxlama oyunu
21 yanvar
Qəbələ – Boreç 1:0
Qol: Omar Hani, 11.
“Qəbələ” oyuna bu heyətlə başlayıb: Kristof Atanqana, Ehtiram Şahverdiyev, Ruan Renato, Məqsəd İsayev, Kamal Mirzəyev, Emin Səfərov, Fernan Lopes, İsnik Alimi, Ülvi İsgəndərov, Omar Hani, Rövlan Muradov.
Bizi Facebook-da izləyin