“Keşlə” Almaniya klubuna böyük hesabla uduzdu
Antalyada təlim-məşq toplanışında olan “Keşlə” bu gün ilk yoxlama oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv Almaniyanın “Zvikkau” klubu ilə qarşılaşıb. 3-cü Bundesliqa təmsilçisi ilə görüş “Keşlə”nin məğlubiyyəti ilə başa çatıb.
“Keşlə” bundan əlavə, yanvarın 22-də Rusiyanın “Arsenal”, 24-də isə Slovakiyanın “Zemplin” klubları ilə qarşılaşacaq.
Yoxlama oyunu
17 yanvar
Keşlə – Zvikau (Almaniya) 1:4
Qol: Şohruh Qadoyev, 31.
Türkiyə, Antalya
Keşlə: Əkbər Vəliyev, Slavik Alxasov (k), İlkin Qırtımov, Franko Flores, Miyuçko Boyoviç, Con Camara, Tural Bayramli, Sezar Meza Kolli, Əfran İsmayılov, Şohruh Qadoyev, Lorenzo Frutos
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin