“Qarabağ”ın rəqibi dəyişdi
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın yoxlama oyunlarının proqramında dəyişiklik edilib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qarabağ”ın yanvarın 25-də “Tatran”la keçirəcəyi yoxlama oyunu baş tutmayacaq. Buna səbəb Slovakiya klubunun Antalya toplanışına gəlməməsidir. Bu səbəbdən, “Qarabağ” Çexiyanın “Bohemians” klubu ilə qarşılaşacaq.
Həmin gün digər oyun isə Polşanın “Visla” (Krakov) klubuna qarşı olacaq. Oyunlar Bakı vaxtı ilə saat 12:00 və 18:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin