“Keşlə” “Arsenal”a məğlub oldu

Antalyada təlim-məşq toplanışında olan “Keşlə” bu gün növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda Rusiyanın “Arsenal” klubu ilə qarşılaşıb. Tula təmsilçisi ilə görüşə saat 17:45-də start verilib. Matçda hesabı Azərbaycan təmsilçisi açsa da, ruslar sonda iki qol vurmaqla əzmkar qələbəyə seviniblər.

“Keşlə” Antalyada keçirdiyi ilk yoxlama görüşündə Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Zvikkau” klubuna 1:4 hesabı ilə uduzmuşdu.

Yoxlama oyunu

22 yanvar

Keşlə – Arsenal (Tula, Rusiya) 1:2
Qol
: Aleksandr Kristavao, 70.
Türkiyə, Antalya

Keşlə: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 4. Slavik Alxasov (k), 5. Franko Flores, 7. Tural Bayramli, 9. Lorenzo Frutos, 10. Sezar Meza Kolli, 11. Ruslan Qurbanov, 21. Miyuşko Boyoviç, 22. Əfran İsmayılov, 25. Con Kamara.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button