Antalyada daha iki medal
Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında “Victory Cup” turniri davam edir.
Komanda.az xəbər verir ki, ikinci yarış günündə hesabımıza daha 2 medal yazılıb.
Qızların mübarizəsində Nigar Mirzəzadə (65 kq) gümüş, yunan-Roma güləşçilərinin turnirində isə Fərid Sadıqlı (45 kq) bürünc medal qazanıb.
Xatırladaq ki, ilk yarış günündə yunan-Roma güləşçimiz Nihad Məmmədli (55 kq) qızıl, sərbəst güləşçilərimizdən Riad Aslanov gümüş, Zirəddin Bayramov (hər ikisi 55 kq) isə bürünc medal əldə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin