Ansu Fati zədələndi

Cari mövsümdə “Brayton”da icarə əsasında çıxış edən “Barselona”nın cinah oyunçusu Ansu Fati Premyer Liqada “Nottingem Forest”lə son matçın (2:3) 21-ci dəqiqəsində zədələnib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun zədəsinin ciddiliyi və sağalma vaxtı barədə hələlik məlumat yoxdur.

21 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda 17 matçda iştirak edib, dörd qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button