![](https://komanda.az/wp-content/uploads/2023/05/Fati-720x470.jpeg)
“Barselona” Fatini razı salmağa çalışır – Türkiyəyə getməsi üçün
“Barselona”nın hücumçusu Ansu Fati Türkiyə Super Liqasında oynamaq imkanı qazanıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, “Beşiktaş” 22 yaşlı futbolçu ilə maraqlanır. Türkiyə klubu ispaniyalı forvardı cari mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Fati özü “Barselona”dan ayrılmaq istəmir. Lakin klub rəhbərliyi futbolçunu Türkiyədən gələn təklifi qəbul etməyə razı salmağa çalışır.
Türkiyədə transfer pəncərəsi fevralın 11-də bağlanacaq.
Fati bu mövsüm qol vurmadığı 8 matçda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin