
“Fati “Monako”da daha xoşbəxt görünür”
“Barselona”nın futbolçusu Erik Qarsiya hücumçu Ansu Fatinin “Monako”dakı çıxışından danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun performansının artdığını söyləyib:
“Ansu Fati “Monako”da daha xoşbəxt görünür, komandasını dəyişməsi ona özünü yenidən kəşf etməyə kömək edib. O, hələ də uğur qazanmaq üçün kifayət qədər istedada malikdir və böyüməyə davam edəcək”.
22 yaşlı forvard 2025/26 mövsümünün əvvəlində icarə əsasında “Barselona”dan Fransa klubuna keçib. O, komandada yeni olmasına baxmayaraq, Liqa 1-də 3 matçda 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



