Ansu Fati İngiltərə klubunda – Rəsmi
“Brayton” “Barselona”nın hücumçusu Ansu Fatini heyətinə qatdığını açıqlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı ispan futbolçu bir mövsümlük icarə əsasında “qağayılar”a keçib.
Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. Fati 2022/2023 mövsümündə “Barselona”nın heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin