“Yüz faiz hazıram” – “Barselona”nın hücumçusu
“Barselona”nın hücumçusu Ansu Fati zədələrdən sonrakı durumu haqda danışıb.
Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu meydana çıxmağa tam hazır olduğunu bildirib:
“Yüz faiz hazıram. İnsanlar zədəli olduğumu düşünür, amma yaxşıyam. Mən idman zalında çox vaxt keçirirəm”.
Fati ötən mövsümü icarə əsasında “Brayton”da keçirsə də, müxtəlif zədələr səbəbindən Roberto de Zerbinin rəhbərliyi altında özünü tam göstərə bilməyib.
21 yaşlı forvard İngiltərə Premyer Liqasının son mövsümündə 2 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin