Ansu Fati gələcəyi ilə bağlı qərar verib

“Brayton”da icarə əsasında çıxış edən “Barselona”nın vingeri Ansu Fati Kataloniya klubuna qayıtmaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Barselona”ya qayıdıb, heyətdə yer almaq üçün mübarizə aparmaqda qərarlıdır. O, mövsüm öncəsi baş məşqçi Xavini heyran etmək və komandada yerini təmin etmək istəyir. Xavi oyunçuya şans verməyə hazırdır, lakin klub rəhbərliyinin qərarı həlledici olacaq.

21 yaşlı hücumçu 2023-cü ilin sentyabrında icarə əsasında “Barselona”dan “Brayton”a keçib. Fati bu mövsüm İngiltərə klubunun heyətində 25 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button