
Messi: “İlk gündə Anrinin üzünə baxmağa cəsarət etmədim”
“İnter Mayami”nin hücumçusu Lionel Messi Tyerri Anri ilə vaxtı ilə “Barselona”da oynaması haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, keçmiş komanda yoldaşı haqda bunları deyib:
“Paltardəyişmə otağına girdiyi ilk gündə Anrinin üzünə baxmağa cəsarət etmədim. Onun İngiltərədə etdiyi hər şeyi bilirdim. Onun posteri məndə idi və birdən biz eyni komandada olduq. Anriyə olan hisslərimi təsvir etməyin ən yaxşı yolu “heyranlıq” sözüdür. Onun şanslarını necə asanlıqla qola çevirdiyini, qola doğru necə getdiyini və hücumu necə bitirdiyini çox bəyənirdim. Bu, onun üçün təbii görünürdü. Onun hərəkətləri, driblinqləri, zərbələri – hər şey o qədər əla idi ki”.
Tyerri Anri 2007-2010-cu illərdə “Barselona”da çıxış edib.
Bizi Facebook-da izləyin