Anrinin yeni iş yeri bəlli oldu

Fransalı məşqçi Tyerri Anri yenidən Belçika millisində çalışacaq.

Komanda.az xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssis Belçika yığmasının baş məşqçisi Roberto Martinesin köməkçisi olacaq. Xəbərdə Anriyə bu komanda ilə birgə qarşıdakı AÇ-2020-də uğurlar arzulanıb.

Qeyd edək ki, əfsanəvi hücumçu karyerasını başa vurandan sonra 2016-cı ildə məhz Belçika millisində məşqçi kimi fəaliyyətə başlamışdı. 2018-ci ilin oktyabrında “Monako”ya baş məşqçi təyin edilən 43 yaşlı mütəxəssis 2019-cu ilin yayında istefa verib. 2019-cu ilin noyabrında Kanadanın “Monreal İmpakt” klubunun baş məşqçisi olan Anri bu ilin fevralında ailə vəziyyətinə görə istefa vermişdi.

Qeyd edək ki, AÇ-2020 bu il 11 iyun – 11 iyul aralığında keçiriləcək. AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var.

Belçika millisi AÇ-2020-də Danimarka, Finlandiya və Rusiya ilə birgə B qrupunda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button