Anri “Barselona”ya hansı məşqçini məsləhət görüb?
Fransalı keçmiş futbolçu Tyerri Anri “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq barədə danışıb.
Komanda.az “CBS Sports”-a istinadən xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 21-ci turunun “Arsenal” – “Mançester Yunayted” oyununu (3:2) da şərh edib:
“Arsenal” qələbə qazandığı üçün şadam. İkinci hissədə göstərdikləri performansla qələbəyə layiq idilər.
“Mançester Yunayted” niderlandlı baş məşqçinin rəhbərliyi altında çox fərqli oyun sərgiləyir. Düzünü desəm, mən Erik ten Haqa azarkeşlik edirəm. “Barselona” rəhbərliyi Ronald Kumanı baş məşqçi postundan qovduqdan sonra mən ten Haqı klubun prezidenti Xuan Laportaya təklif etmişdim. O, dahidir”.
Ten Haq 2022-ci ilin yayından “qırmızı şeytanlar”ı çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin