Anridən Halanda məsləhət

Keçmiş hücumçu Tyerri Anri “Mançester Siti”nin forvardı Erlinq Halanda məsləhət verib.

Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, o, Halandın digər futbolçulardan zəif çıxış etmədiyini vurğulayıb:

“Digər futbolçulardan zəif çıxış etmirsən. Rəqib qapısına doğru arxa-arxaya, sağa istiqamətlənərək irəliləsən, həftədə 100 qol vurarsan”.

Norveçli forvard 2022/23 mövsümündə “Mançester Siti”də ilin ən yaxşı oyunçusu seçilib. Cari mövsümdə o, bütün turnirlər daxil olmaqla 53 oyuna çıxıb, 52 qol vurub və 9 məhsuldar ötürmə edib.

Öncədən Haland İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı gənc oyunçusu və çempionatın ən yaxşı futbolçusu adına sahib çıxıb. O, mövsümü bombardir kimi tamamlayıb (36 qol).

Xatırladaq ki, “Mançester Siti” cari mövsüm treblə imza atıb. Onlar İngiltərə Premyer Liqasının, Federasiya kubokunun və Çempionlar Liqasının qalibi olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button