Yamalın Messi ilə müqayisə edilməsi sabiq futbolçunun xoşuna gəlmir

Fransalı sabiq futbolçu Tyerri Anri Lamin Yamalın Lionel Messi ilə müqayisə edilməsi barədə fikirlərini açıqlayıb.

17 yaşlı futbolçunu “Barselona”da tez-tez argentinalı hücumçunun varisi adlandırırlar.

Komanda.az “goal”-a istinadən xəbər verir ki, Anrinin fikrincə, bunun çox da mənası yoxdur:

“Yamal və Messi? İnsanların müxtəlif dövrləri, fərqli oyunçuları müqayisə etməsi mənim xoşuma gəlmir. Yamal heç kim olmağa çalışmır, o, artıq özüdür”.

Yamal bu mövsüm Hans-Diter Flikin komandasının heyətində 34 matçda 11 qol vurub və 17 məhsuldar ötürmə edib.

Messi 2021-ci ilə qədər “Barselona”da çıxış edib və hazırda “İnter Mayami”nin rənglərini təmsil edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button