Keçmiş komanda yoldaşı Xavini təriflədi
“Barselona”nın sabiq hücumçusu Tyerri Anri əvvəllər İspaniyada birlikdə oynadığı kataloniyalıların baş məşqçisi Xaviyə dəstək olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa millisinin keçmiş üzvü ispaniyalı mütəxəssisin Kataloniya klubundakı işinə heyran qaldığını bildirib:
“Salam, Xavi, dostum. İnsanların nə dediyi məni maraqlandırmır. “Barselona”dakı işiniz məni heyran etdi. Siz çempionluq qazandız və mənə futbol haqqında çox şey öyrətdiz. Mənim üçün sizin beyniniz oyunu necə gördüyünüz baxımından bənzərsizdir”.
Fevralın 21-də “Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Napoli” ilə heç-heçə edib (1:1). Cavab oyunu martın 12-də İspaniyada, “Kamp Nou”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin