Anri milli komandaya rəhbərlik edə bilər
Hər şey Domeniko Tedeskonun tezliklə Belçika millisinin baş məşqçi postunu tərk edəcəyinə doğru gedir.
Komanda.az “LeSoir”-ə istinadən xəbər verir ki, belçikalılar artıq Tedeskonun yerinə iki əsas namizədi müəyyənləşdirib. Bunlar Tyeri Anri və Rudi Qarsiyadır.
Mətbuat artıq Anrini Belçika millisi ilə əlaqələndirir. Fransalı mütəxəssis daha əvvəl, Roberto Martinesin rəhbərlik etdiyi vaxt Belçika millisinin məşqçilər heyətində çalışıb.
Anri və Rudi Qarsiya hazırda işsizdir.
Belçika millisi mart ayında Millətlər Liqasının pley-off mərhələsində Ukrayna yığması ilə iki oyun keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin