“Məncə, hamı Mbappenin getməsini gözləyirdi” – Anri

Fransanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Tyerri Anri PSJ-nin hücumçusu Kilian Mbappedə bəyəndiyi xüsusiyyətlərdən söz açıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Anri, fransalı futbolçunun həmişə komandası üçün ən yaxşısını etməyə çalışdığını söyləyib:

“Oynamaq üçün xaricə getməlidir? Düzünü desəm, gedəcəyini düşünürdüm. Məncə, hamı onun getməsini gözləyirdi. Onunla bağlı məni həmişə heyrətləndirən bir şey var: o, həmişə oynamaq, məşq etmək istəyir. Mbappe dünya çempionatından sonra Fransa kubokunda oynamağa gəlir və heç vaxt bu mövzuda heç kimə hörmətsizlik etməyib. Hamı kimi o da bəzən çox da yaxşı olmaya bilər. Amma həmişə döyüşür, hər zaman səy göstərir, öz keyfiyyətləri ilə komandası üçün ən yaxşısını etməyə çalışır”.

24 yaşlı hücumçu bu mövsüm Fransa çempionatında 4 matçda 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button