Anri: “Məktəbdən bəri bu qədər rədd cavabı almamışdım!”
Parisdə keçiriləcək olimpiadanın futbol turnirində Fransa millisinin heyətində heç bir ulduz futbolçu oynamayacaq. Məsələn, Kilian Mbappe və Antuan Qrizmann kimi futbolçuların adları iştirak ərizəsinə daxil edilməyib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Fransanın olimpiya yığmasının baş məşqçisi Tyerri Anri bu məsələyə görə klublardan şikayətlənib:
“Heç bir müzakirə olmayıb. Soruşursan və sənə “yox” desələr, uzaqlaşırsan. Məktəbdən bəri bu qədər rədd cavabı almamışdım! Amma bu məni təəccübləndirmir, klubların bunu etmək hüququ var”.
Hər komanda olimpiadanın futbol turniri üçün heyətinə yaş həddini aşan üç oyunçunu daxil edə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin