Anri Keyni təriflədi
“Arsenal”ın və Fransa millisinin sabiq hücumçusu Tyeri Anri “Bayern”in forvardı Harri Keynin çıxışı haqda fikirlərini bölüşüb.
Komanda.az “goal.com-a istinadən xəbər verir ki, Anri, ingiltərəli futbolçunun universal olduğunu bildirib:
“Harri meydanda tamamilə hər şeyi edə bilər. Keyn yarımmüdafiəyə çəkilməyi, cinahda mübarizə aparmağı, həmçinin xətlər arasında işləməyi bacarır. O, indi tam hüquqlu hücumçu kimi çıxış edir”.
30 yaşlı ingilis futbolçu Münhen klubuna 2023-cü ilin yayında keçib. Onun “Tottenhem”dən transferinin məbləği 95 milyon avro olub.
Keyn bu mövsüm Almaniya klubunun heyətində bütün turnirlərdə 32 matçda iştirak edib, 31 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin