Anri fitə basılan Messi haqda: “Barselona”ya qayıtmalıdır”
Fransa yığmasının keçmiş hücumçusu Tyerri Anri PSJ – “Lion” matçından (0:1) əvvəl Lionel Messinin fitə basılmasından danışıb.
Komanda.az xəbər verir ki, Anri “Amazon Prime”-ın efirində belə deyib:
“Park de Princes”də fit səsini eşitmək utancverici idi. Cari mövsümdə 13 qol vuran və 13 məhsuldar ötürmə edən komandanın ən yaxşı oyunçularından birini fitə basmaq olmaz.
Şəxsən mən onun karyerasını “Barselona”da, Avropada bitirməsini istərdim. Bunu necə edəcəyini bilmirəm.
Onun, etdiyi hər şeydən sonra “Barsa”dan ayrılması mənim xoşuma gəlmədi. Futbol sevgisi üçün o, “Barselona”ya qayıtmalıdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin