Anri: “Arsenal”a “9 nömrə” lazımdır”

“Arsenal”ın keçmiş futbolçusu Tyeri Anri Mikel Artetanın komandasının problemlərindən birinin adını çəkib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “topçular” dünən “Mançester Siti”ni 5:1 hesabı ilə darmadağın etsələr də, fransalı sabiq forvard “Arsenal”ın hələ də yeni hücumçuya ciddi ehtiyacı olduğunu düşünür:

“Bizə “9 nömrə” lazımdır. 5:1 hesablı qələbədən sonra heç kim bunu istəməz, amma biz soruşmalıyıq. Vəziyyət eyni olaraq qalır. Biz indi dörd transfer pəncərəsi üçün yeni mərkəz hücumçusu istəyirik”.

“Arsenal” yanvarda uzun sürən zədə səbəbindən Qabriel Jesusu itirib. Arteta hücumu gücləndirməyin lazım olduğunu etiraf etsə də, hələ komandaya hücumçu gətirilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button