“Arsenal”ın kubok qazanmaq üçün yaxşı şansı var”

“Arsenal”ın sabiq hücumçusu Tyerri Anri komandanın cari mövsümdə uğur qazanacağına inanır.

London təmsilçisi həftə ərzində UEFA Çempionlar Liqasında “Olimpiakos”u 2:0 hesabı ilə məğlub edib, bundan öncə isə Premyer Liqada “Nyukasl” üzərində 2:1 hesablı qələbə qazanıb.

Komanda.az xəbər verir ki, Anri “CBS Sports”-a açıqlamasında komandanın əsas üstünlüyünə toxunub:

“Düşünürəm ki, uzun mövsümdə ən vacib amil ehtiyat oyunçular skamyasıdır. Bu səbəbdən, hesab edirəm ki, “Arsenal”ın kubok qazanmaq üçün yaxşı şansı var. Əvəzlənmədən meydana çıxan futbolçular oyunun taleyini dəyişə bilirlər”.

“Topçular” hazırda Premyer Liqada turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və “Liverpul”dan 2 xal geri qalır. Komanda Çempionlar Liqasında isə iki turdan sonra 6 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button