
Anri Artetanı qınadı
“Arsenal”ın sabiq hücumçusu Tyerri Anri keçmiş komandasının hücum xəttindəki problemlərlə bağlı fikirlərini bölüşüb.
Komanda.az “The Independent”-ə istinadən xəbər verir ki, o, Mikel Artetanın rəhbərlik etdiyi komandada bu mövsüm yaşanan çətinliklərin bir qismini zədələrlə əlaqələndirsə də, digər tərəfdən, əsas problemi – məhsuldar hücumçunun olmamasını qabardıb:
“Arteta Rahim Sterlinqi transfer etdi, halbuki hamı “doqquz nömrə” istəyirdi. Onun hücumçu almağa vaxtı var idi. Mən məşqçi deyiləm, danışıqların necə getdiyini bilmirəm, amma biz qələbə qazandığımız hallardan başqa, hər zaman “doqquz nömrə” istəyirik”.
Fransalı sabiq futbolçu hesab edir ki, “Atletiko”nun hücumçusu Xulian Alvares “Arsenal”a faydalı ola bilərdi:
“Hazırda mənim sevdiyim hücumçulardan biridir. Pressinq edir, təkbaşına oynaya bilir. Bir neçə gün əvvəl onun cərimə zərbəsini gördüzmü? Heç vaxt ondan “yoruldum” sözünü eşitməmişəm”.
“Arsenal” Premyer Liqanın son mövsümünü ikinci pillədə başa vurub və çempion “Liverpul”dan 10 xal geri qalıb.
Bizi Facebook-da izləyin



