“Arsenal” o vaxt Braziliyada televiziyada göstərilən yeganə komanda idi”

“Liverpul”un və Braziliya millisinin qapıçısı Alisson Bekker “Arsenal”ın keçmiş hücumçusu Tyerri Anri haqqında fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı sabiq futbolçunun əfsanəvi oyunçu olduğunu söyləyib:

“Anri əfsanəvi oyunçudur. 2000-ci illərdə onun “Arsenal”da çoxlu oyunlarına baxmışam. “Arsenal” o vaxt Braziliyada televiziyada göstərilən yeganə komanda idi”.

47 yaşlı keçmiş hücumçu “Monako” məzunudur. O, karyerasında “Monegasques”, “Yuventus”, “Arsenal, “Barselona” və “Nyu York Red Bullz”da çıxış edib. Anri Fransa millisində 123 oyun keçirib və 51 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button