“Qarabağ”ın futbolçusu ilə vidalaşdı – Türkiyə klubu

Türkiyənin “Ankaragücü” klubu “Qarabağ”ın futbolçusu Ovusu Kvabena ilə vidalaşıb.

Komanda.az paytaxt təmsilçisinin saytına istinadən xəbər verir ki, Türkiyə Super Liqasına vəsiqə qazanan klub 25 yaşlı hücumçu ilə yanaşı, daha 10 oyunçu ilə yola davam etməməyi qərara alıb.

Ötən mövsüm icarə əsasında “Ankaragücü”nün formasını geyinmiş Kvabenanın “Qarabağ”la 2023-cü ilin yayınadək müqaviləsi var.

O, Türkiyə 1-ci liqasında meydana çıxdığı 21 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button