Anelka Diniyevin olduğu klubda çalışacaq

İngiltərənin “Çelsi” klubunun və Fransa millisinin sabiq futbolçusu Nikolya Anelka Türkiyədə işləyəcək.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu “Ümraniyəspor”da baş direktor vəzifəsini icra edəcək.

O, artıq müqavilə imzalamaq üçün İstanbula gedib.

“Ümraniyəspor”da Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev çıxış edir.

Anelka 2005/2006 mövsümündə Türkiyədə “Fənərbaxça”nın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button