Andre Şürrle karyerasını başa vurdu – 29 yaşında

Futbol üzrə Almaniya milli komandasının sabiq yarımmüdafiəçisi Andre Şürrle karyerasını başa vurmağa qərar verib.

Komanda.az xəbər verir ki, o, bu barədə qərarını sosial şəbəkə hesabında açıqlayıb.

Son olaraq Moskva “Spartak”ında icarə əsasında oynayan futbolçu, müqavilə ilə məxsus olduğu Dortmund “Borussiya”sından iki gün öncə ayrılmışdı. Hər kəs onun azad agent kimi başqa bir kluba transfer olunacağını gözlədiyi vaxtda Şürrle karyerası ilə bağlı gözlənilməz qərar verib.

Qeyd edək ki, 2014-cü ildə dünya çempionu olduğu Bundestimdə 57 oyuna 22 qol vuran Şürrle karyerası ərzində “Maynts”, “Bayer”, “Çelsi”, “Volfsburq” və “Fulhem”in də şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button