Andradenin komandasını yarımfinala buraxmadılar

Afrika Millətlər kubokunda 1/4 final mərhələsi başa çatıb.

Komanda.az xəbər verir ki, son gündə Mali yığması ilə qarşılaşan meydan sahibi Fil Dişi Sahili əzmkar qələbə sayəsində yarımfinala yüksəlib.

“Qarabağ”ın futbolçusu Patrik Andradenin formasını geyindiyi Kabo-Verde millisi də Cənubi Afrika millisi ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında qol vurulmayıb. Penaltilər seriyasında isə Cənubi Afrika yığması daha dəqiq olaraq (2:1) yarımfinala yüksəlib. Matçın 65-ci dəqiqəsində meydana daxil olan Andrade sonuncu penaltidən yararlana bilməyib. Onun zərbəsini rəqib qapıçı dəf edib. Buna qədər isə Andradenin üç komanda yoldaşı topu rəqib qapısından keçirə bilməyib.

Yarımfinalda Cənubi Afrika Nigeriya ilə, Fil Dişi Sahili isə Konqo Demokratik Respublikası yığması ilə qarşılaşacaq. Oyunlar fevralın 7-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button