Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Qarabağ”la yollarını ayıran kabo-verdeli futbolçu Patrik Andrade vida paylaşımı edib.
Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “instaqram” səhifəsində Ağdam klubuna təşəkkürünü bildirib:
“Bu iki il ərzində məni necə qarşıladıqlarına, öyrəndiyim, inkişaf etdiyim və qazandığım hər şeyə görə bütün komanda yoldaşlarıma, klubun əməkdaşlarına və azarkeşlərə minnətdaram. Təşəkkürlər, “Qarabağ” ailəsi. Sizə azarkeşlik etməyə davam edəcəm”.
Andradenin Serbiyanın “Partizan” klubuna keçəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin