Andersson: “Belə qələbədən sonra tənqidi qəbul etmirəm”

Futbol üzrə İsveç yığmasının baş məşqçisi Yanne Andersson AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra əvvəlcə “Viaplay TV”nin canlı efirinə qoşulub.

O, burada aparıcı və ekspertlərlə söhbətləşib. Lakin onların müzakirəsi mübahisə ilə yekunlaşıb. Belə ki, yerli mütəxəssislərdən Boyan Corciç millimizin qapısına vurulmuş 4-cü qolun müəllifi olan Yesper Karlssona az oyun şansı verilməsini tənqid edib. Buna qəzəblənən Andersson İsveç millisinin sabiq futbolçusu ilə mübahisəyə girişib. Daha sonra o, mikrofonu əsəbi şəkildə yerə qoyaraq studiyanı tərk edib.

61 yaşlı mütəxəssis daha sonra jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransına yollanıb. O, jurnalistlərlə görüşü zamanı əvvəlcə məhz canlı efirdə yaranmış mübahisəyə toxunub:

“Bu nəticədən sonra əlbəttə ki, özümü müdafiə edəcəyəm. Çox əsəbləşdim. 5:0 hesablı qələbədən sonra tənqidi qəbul etmirəm. Bu gün mən və komandam bu qələbənin dadını çıxarmalı, özümüzlə fəxr etməliyik”.

Andersson yığmaya çağırılmasına baxmayaraq, Azərbaycan millisi ilə matçın iştirak ərizəsinə salınmayan Zlatan İbrahimoviçin zədə ucbatından oynamadığını söyləyib: “Təəssüf ki, oynaya bilmədi. Komandanın heyətində meydana çıxmağı çox istəyirdi. Oynamadığı üçün əsəbidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button