“Real” Ançelottinin gedişini həmin oyundan sonra elan edəcək

“Real” baş məşqçi Karlo Ançelottinin ayrılığını mayın 11-də, La Liqanın 35-ci turunda “Barselona” ilə oyundan sonra elan etməyi planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Ançelottinin klubdan ayrılması ilə bağlı bütün detallar artıq rəhbərliklə razılaşdırılıb və bu qərar hansısa mübahisə olmadan qəbul edilib.

İtaliyalı mütəxəssisin “Real”la hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button