
Ançelottinin taleyi “Barselona” ilə oyundan asılıdır?
Karlo Ançelotti “Real”ın UEFA Çempionlar Liqasında mübarizəni dayandırmasından sonra vəzifəsindən kənarlaşdırılmayacaq.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssisin gələcəyi hələ də qeyri-müəyyəndir.
Ançelottinin Madriddəki gələcək karyerası İspaniya kubokunun finalından sonra müzakirə ediləcək. Burada “Real” “Barselona” ilə qarşılaşacaq. Ancaq bəzi mənbələr bildirir ki, o, mövsümün sonunda komandadan ayrılacaq.
“Real” Çempionlar Liqasının 1/4 final mərhələsində iki oyunun cəmində “Arsenal”a 1:5 hesabı ilə uduzaraq, turniri tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



