Ançelottinin oğluna Səudiyyə Ərəbistanından təklif

Karlo Ançelottinin oğlu Davide Ançelotti baş məşqçi kimi işləmək imkanı əldə edib.

Komanda.az xarici KiV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis Səudiyyə Ərəbistanından təklif alıb. Klubun adı açıqlanmır.

Davideyə təklif olunan müqavilənin maliyyə baxımından çox cəlbedici olduğu, lakin italiyalının bundan imtina edəcəyi qeyd edilir. O, hələlik yekun qərarını verməyib.

34 yaşlı mütəxəssis “Real”da atasının məşqçilər heyətində köməkçi kimi çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button