“Ançelotti dedi ki…” – Rüdiger

“Real”ın müdafiəçisi Antonio Rüdiger Madrid klubunun baş məşqçisi Karlo Ançelotti haqda fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, Ançelottini ən yaxşı məşqçi adlandırıb:

“Ançelottinin futbol dünyasında nə qədər önəmli olduğunu hamı bilir. Ançelotti ən yaxşı məşqçidir. O, La Liqa və Çempionlar Liqasını qazanaraq bunu bir daha göstərdi. Baş məşqçi haqqında çox danışmamalıyam. Sadəcə onu deyə bilərəm ki, onun mənə rəğbəti böyük şərəfdir. Uşaqlıqdan onu televizorda izləyirəm”.

Almaniyalı müdafiəçi Ançelotti ilə söhbətindən də danışıb:

“Müqavilə imzalananda xoş bir söhbət oldu. Ançelotti dedi ki, hamı məni klubda görməkdən çox xoşbəxtdir. Bu, məni çox sevindirir. Aydındır ki, o, “Real”ı bu qədər güclü edən insanlardan biridir. Ancaq bu uğurlar təkcə onun işinə görə baş vermədi. Eyni zamanda, Benzema, Kroos, Modriç və Kazemironun da adı çəkilməlidir bu uğurlardan danışarkən. Baş məşqçi mənə dedi ki, hamısı mənim keçidimdən çox razıdırlar və bu, məni qürurlandırır. Bu, son üç ildə yaxşı vaxt keçirdiyimi göstərir və mənə daha da yaxşı oynamaq üçün böyük motivasiya verir”.

Rüdiger 2017-ci ilin iyulundan “Çelsi”də çıxış edirdi. 29 yaşlı futbolçu “kral klubu”na azad agent kimi keçib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button