“Everton”un Everton sevgisi
Braziliya milli komandasının və “Qremio”nun futbolçusu Everton karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, “Everton” 23 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Mersisayd klubu futbolçu üçün Braziliya klubuna 30 milyon avro təklif edəcək.
İngiltərə klubunun baş məşqçisi Karlo Ançelottinin Evertonun transferində maraqlı olduğu və futbolçuyla telefon danışığının olduğu bildirilir.
Everton yayda “Arsenal”, “Milan” kimi klubların maraq dairəsində olsa da, komandasında qalmışdı. Onun “Qremio” ilə müqaviləsi 2023-cü ilin sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin