“Ançelottinin Braziliya millisinə rəhbərlik etməsi normal deyil” – Kafu

Braziliya millisinin keçmiş müdafiəçisi Kafu “Real”ın baş məşqçisi Karlo Ançelottinin yığmanın “sükanı arxasına” keçmə ehtimalından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Ançellotinin mümkün təyinatına qarşı çıxıb:

“Ançelottinin Braziliya millisinə rəhbərlik etməsi normal deyil. Bizim millidə heç vaxt əcnəbi məşqçi olmayıb. Ançelotti özü isə heç vaxt Braziliya millisinə rəhbərlik etmək və federasiyamızla müqavilə imzalamaq istədiyini deməyib. Braziliyalı azarkeşlər ona bir az güvənmirlər. Amma Karlo Ançelotti yaxşı məşqçidir, o, futbolu həqiqətən sevir və anlayır”.

Hələ 2023-cü ilin yazında mediada Ançelottinin Braziliya millisinin baş məşqçisi olması ilə bağlı məlumatlar yayılıb.

64 yaşlı mütəxəssis hazırda “Real”a rəhbərlik edir və bu yaxınlarda Madrid klubu ilə müqaviləsini uzadıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button