Ançelotti “Barselona” ilə oyundan əvvəl problemlərdən danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının heyətindəki kadr problemlərindən danışıb.

Şənbə günü “kral klubu” İspaniya kubokunun finalında “Barselona” ilə qarşılaşacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən “Xetafe”yə qarşı La Liqa oyunundan sonra (1:0) keçirilən mətbuat konfransında madridlilərin çalışdırıcısı “el klasiko”ya komandasının müdafiədə problemlərlə çıxacağını etiraf edib:

“Gözlənilir ki, David Alaba və Eduardo Kamavinqa finalı buraxsın. Fran Qarsiya isə “Barselona” ilə oyunda müdafiənin sol cinahında yeganə seçimimizdir”.

İspaniya kubokunun final oyunu aprelin 26-da, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button