Ançelottinin “Barselona” ilə matçda hansı taktikanı seçəcəyi məlum olub

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın oyununda balans tapmağa davam edir.

Ançelottinin komandası İspaniya kubokunun finalında, aprelin 26-da “Barselona” ilə qarşılaşacaq.

Komanda.az AS-a istinadən xəbər verir ki, Madrid komandasının çalışdırıcısı, “Atletik”lə son oyunda (La Liqa, 1:0) olduğu kimi, yenidən yarımmüdafiədə romb düzülüşü ilə 4-4-2 sxeminə üstünlük verməyə hazırdır.

Bu sxemdə hücum cütlüyünü Vinisius Junior və Kilian Mbappe təşkil edəcək, Rodriqo isə matça ehtiyat oyunçular skamyasından başlayacaq. Final oyunundan üç gün əvvəl “Real” La Liqada “Xetafe” ilə qarşılaşacaq.

“Kral klubu” hazırda İspaniya çempionatının turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda lider “Barselona”dan 4 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button