Ancelottidən yubiley qələbəsi

“Real” UEFA Çempionlar Liqasının 1/4 finalının ilk qarşılaşmasında “Çelsi”ni məğlub edib (2:0).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qarşılaşma “kral klubu”nun baş məşqçisi Karlo Ancelotti üçün əlamətdar olub.

O, “Real”ın çalışdırıcısı kimi 35-ci Çempionlar Liqası matçında qalib gəlib. İtaliyalı mütəxəssis hazırda bu göstərici üzrə rekordçudur.

Doğma azarkeşlər qarşısında qələbə qazanan Madrid təmsilçisi cavab qarşılaşmasını İngiltərənin paytaxtı Londonda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button